Ukrayna Aİ-dən 335 milyon avro yardım alacaq

Ukrayna Aİ-dən 335 milyon avro yardım alacaq
DÜNYA
18:10 31.10.2023
189
Ukrayna Avropa İttifaqından (Aİ) 335 milyon avro yardım alacaq.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal "Telegram”da yazıb.

Ukrayna hökumət başçısının sözlərinə görə, bu gün Aİ-nin "Ukrayna iqtisadiyyatına, cəmiyyətinə və ölkənin gələcəkdə yenidən qurulmasına siyasi, humanitar və maliyyə dəstəyi proqramı”nın maliyyələşdirilməsinə dair saziş təsdiqlənib:

"Həmin vəsaitlər Ukraynanın infrastrukturunun, xüsusilə enerji sektorunun bərpası, biznes sahələrinə dəstək, korrupsiyaya qarşı mübarizə tədbirləri, ətraf mühitin qorunması və rəqəmsallaşma üçün istifadə ediləcək”, - deyə Ukrayna Baş naziri əlavə edib.
OXŞAR XƏBƏRLƏR