Ukrayna Ali Radası İranla diplomatik münasibətlərin kəsilməsi və onun terroru dəstəkləyən ölkə kimi tanınması haqqında qanun layihəsini qəbul edib.
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, 8133 saylı müvafiq qətnamənin qəbuluna 303 deputat "lehinə” səs verib.
Açıqlamada deyilir: "Rada İran İslam Respublikasının Ukraynaya qarşı silahlı təcavüzə yardımını pisləyən bəyanat qəbul edib. Diplomatik münasibətlərin kəsilməsi yox, sadəcə olaraq pislənilib”.
Bəyanatda qeyd edilir ki, İran Rusiya Federasiyasına silah tədarükü ilə bağlı addımlarına görə məsuliyyət daşıyır.
Həmçinin qeyd edilib ki, İran tərəfindən Rusiya Federasiyasına silah tədarükü Ukrayna və İran arasında ikitərəfli münasibətlərə xələl gətirir və BMT Təhlükəsizlik Şurasının 2231 (2015) saylı qətnaməsi ilə uyğun gəlmir.