Ukrayna nümayəndə heyəti təhlükəsizlik təminatlarını müzakirə etmək üçün İsveçrəyə, oradan da ABŞ-yə gedir.
Bu barədə Ukrayna lideri Volodimir Zelenski özünün teleqram kanalında axşam videomüraciətində bildirib.
"Sabah İsveçrədə, cümə günü isə Amerika Birləşmiş Ştatları, Nyu-York, ABŞ prezidenti Donald Trampın komandası ilə görüşlər baş tutacaq. Təhlükəsizlik təminatlarının məzmunu üzərində işləyənlərin hamısı - hərbi, siyasi, iqtisadi komponentlər cəlb olunacaq", - deyə Zelenski vurğulayıb.
/report