Ukrayna prezidenti Petro Poroşenko inaqurasiyadan dərhal sonra Avropa Birliyi ilə razılaşmanı imzalamağı təklif edir.ANS PRESS-in məlumatına görə, bu barədə Poroşenkonun mətbuat xidməti xəbər verib.Razılaşmanın əsas tələblərindən biri Ukraynanın müasirləşdirilməsidir. Həmçinin razılaşmaya implementasiya, korrupsiyaya qarşı mübarizə ölçülərinin tətbiqi və islahatlar paketi daxildir.