Ukrayna Avropa İttifaqı ilə assosiativ saziş imzalamaqdan imtina etdi

DÜNYA
13:10 29.11.2013
1144

Ukrayna Vilnüsdə keçirilən “Şərq tərəfdaşlığı” sammitində Aİ ilə assosiativ saziş imzalamaqdan imtina edib.

AZXEBER.COM-un İnterfaks-a istinadən verdiyi xəbərə görə, hal-hazırda Aİ və Şərq tərəfdaşlığı ölkələrinin liderləri sammitin plenar iclasındadırlar.Bu iclasdan sonra yekun mətbuat konfransı gözlənilir. Son ana qədər assosiativ saziş imzalanması məsələsi sual altında idi.Ukrayna təmsilçilərinin avrointeqrasiyada fasilə barədə çoxsaylı bəyanatlar verməsinə baxmayaraq, Avropa diplomatları bəyan edirdilər ki, saziş noyabrın 29-da imzalana bilər. Aralarında Avropa komissarı Ştefan Fyule, Litva prezidenti Dalya Qribauskayte, Rumıniya prezidenti Trayan Besesku və başqalarının olduğu Avropa siyasətçiləri sazişin imzalanmamasının Ukraynanı bir addım geriyə salacağını bəyan edirdilər.Bildirilirdi ki, assosasiya barədə sazişin imzalanması Avropa İttifaqı və Ukrayna arasında gələcəkdə keçiriləcək ikitərəfli sammitdə baş verə bilər.Dünən Ukrayna prezidenti Viktor Yanukoviç Avropa İttifaqının əsas siyasətçiləri - Angela Merkel, Herman van Rompey, Joze Manuel Barrozu, Dalya Qribauskayte ilə görüşlər keçirib. Müzakirə edilən məsələlərdən biri də Ukraynanın Rusiya ilə mürəkkəb münasibətləri olub.

OXŞAR XƏBƏRLƏR