Ukrayna azad olunan ərazilərin nisbətini açıqladı

Ukrayna azad olunan ərazilərin nisbətini açıqladı
DÜNYA
22:32 02.01.2023
392
Ukrayna fevralın 24-dən sonra işğal olunan ərazilərinin 40 %-ni azad edib.
 
AZXEBER.COM "report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı ilin yekunlarına dair teleqramda yazıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri fevralın 24-dən bəri işğal olunmuş ərazilərin 40 %-ni və ya 40 min kvadratkilometr ərazini azad edib. Bu, Krım da daxil olmaqla, Rusiya qüvvələrinin işğal etdiyi bütün ərazilərin 28 %-ni təşkil edir.

V. Zalujnı vurğulayıb ki, Ukrayna Ordusu 1 500 km-lik aktiv cəbhə xətti də daxil olmaqla 3 786 kilometrlik quruda düşmənin qarşısını alır.

Bundan başqa, 2022-ci il ərzində Ukrayna Silahlı Qüvvələri 100 mindən çox Rusiya hərbçisini, 3 min tankı, 6 min zirehli texnikasını, 2 min artilleriya sistemini, 420 reaktiv yaylım atəş sistemini, 300-ə yaxın döyüş təyyarəsini və 270 helikopteri məhv edib.

Eyni zamanda, Ukrayna hərbçilərinin təlimi 17 Avropa ölkəsinin ərazisində həyata keçirilir. Ukraynanın Qərb müttəfiqlərinin dəstəyi sayəsində 20 min hərbçi təlimdən keçib.

Həmçinin döyüş bölgələrindən 600 mindən çox insan təxliyə edilib, mindən çox ağır yaralı müalicə olunmaq üçün Qərb ölkələrinə göndərilib.

O qeyd edib ki, 29 min ukraynalı hərbçi dövlət mükafatı alıb, 160 nəfər Ukrayna Qəhrəmanı adına layiq görülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VİDEO
16:12 22.09.2026
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VİDEO
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
16:00 22.09.2026
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
15:57 22.09.2026
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
15:48 22.09.2026
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
Mbappe illər sonra danışdı: “Anam Kloppun fanatı idi”
15:45 22.09.2026
Mbappe illər sonra danışdı: “Anam Kloppun fanatı idi”
Yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanıldı
15:35 22.09.2026
Yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanıldı
Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
15:29 22.09.2026
Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
15:03 22.09.2026
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
14:46 22.09.2026
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
14:42 22.09.2026
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
14:41 22.09.2026
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
14:26 22.09.2026
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
14:26 22.09.2026
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
14:18 22.09.2026
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
14:03 22.09.2026
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
13:44 22.09.2026
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU