Ukrayna azərbaycanlıları Ali Radanı Dağlıq Qarabağdakı “seçkiləri” qınamağa çağırdı

DÜNYA
15:32 21.05.2020
547

Ukrayna Azərbaycanlıları Radası heç kim tərəfindən tanınmayan "Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş qanunsuz "prezident” və "parlament” "seçkilərinin”, həmçinin qondarma qurumun "prezidenti”nin "inauqurasiya mərasimi”nin keçirilməsinin Ali Radada qınanması çağırışı ilə spiker Dmitri Razumkovun adına müraciət ünvanlayıb.

Bu barədə Radanın müraciətində deyilir.

"Bu addımlar Azərbaycan Respublikasına qarşı növbəti terror faktları, onun Konstitusiyasının və beynəlxalq hüquq normalarının pozulmasıdır, habelə bütün Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına zərər verən addımlardır. Bir çox dövlət və beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı ölkələri, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası, GUAM, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyası bu "seçkilər”in keçirilməsi faktının özünü qınayıblar və Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdıqlarını təsdiqləyiblər”, - müraciətdə deyilir.

 

Ukrayna Azərbaycanlıları Radası xatırladıb ki, hazırda Azərbaycan ərazisinin 20%-i, o cümlədən Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və bir milyondan çox azərbaycanlı Ermənistan Respublikası və onun işğalı altında olan Azərbaycan ərazilərindən zorla çıxarılıb.

"Biz əminik ki, "prezident” və "parlament” seçkilərinin keçirilməsi və heç kim tərəfindən tanınmamış ”DQR”in "prezidenti”nin inauqurasiyası kimi addımlar danışıqlar prosesinə, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə ciddi zərbə vurur.

Biz həmçinin ərazilərinin bir hissəsi qonşu ölkə tərəfindən zorla tutulmuş ölkənin qanunverici orqanından, Ukrayna Ali Radasından Azərbaycanın bütün işğal olunmuş ərazilərinin azad edilməsini və oradan zorla qovulan Azərbaycan əhalisinin öz evlərinə, torpaqlarına qaytarılmasını tələb etməsini istəyirik”, - UAR-ın müraciətində deyilib.

Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda seçkilərin keçirilməsini qınamışdı.

///oxu.az


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:14 05.06.2020

"Parni iz Baku"nun aktyoru vəfat etdi — FOTO

17:06 05.06.2020

"Cümə günü də tam məhdudiyyətlər tətbiq edilsin" - Baş infeksionist

17:05 05.06.2020

Kürdə 18 yaşlı oğlan batıb

16:20 05.06.2020

Region qeydiyyatında olanlar rayonlara getsə, Bakıya qayıda bilməyəcəklər - RƏSMİ AÇIQLAMA

16:11 05.06.2020

“Brent” neftinin qiyməti 41 dolları ötdü

16:09 05.06.2020

Harda qalacağınıza bu gün qərar verin - Sabahdan bağ evinə getməyə icazə yoxdur - RƏSMİ

15:44 05.06.2020

Təhsil haqqı ilə bağlı tələbələrə müraciət

15:27 05.06.2020

DİN-dən marketlər və ticarət obyektləri ilə bağlı RƏSMİ AÇIQLAMA

15:14 05.06.2020

Dağıstanda 6 Azərbaycan vətəndaşı koronavirusa yoluxub

14:56 05.06.2020

“Nar” Müştəri Xidməti sərt karantin rejimi müddətində abunəçilərinə xidmət göstərməkdə davam edəcək

14:42 05.06.2020

DSX erməni yalanını ifşa etdi: “Sərhəd-döyüş mövqelərimizi irəli çəkmişik”

14:24 05.06.2020

Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi - FOTO

14:05 05.06.2020

FHN-dən çimərliklərlə bağlı xəbərdarlıq

13:55 05.06.2020

Azərbaycan korrupsiyaya qarşı mübarizədə MDB məkanında birinci yerdədir

13:42 05.06.2020

"Azəriqaz"dan smart-kart tipli sayğacları olanlara xəbərdarlıq - Qazsız qala bilərsiniz

13:21 05.06.2020

İki günlük qadağada zibil də atmaq olmaz - Rəsmi