Ukrayna Baş Qərargahı: "Rusiya gizli səfərbərlik elan edib"

Ukrayna Baş Qərargahı: "Rusiya gizli səfərbərlik elan edib"
DÜNYA
23:54 04.04.2022
377
Ukraynanın Baş Qərargahı Rusiyanın gizli şəkildə 60 min hərbçini orduya cəlb etməyə hazırlaşdığını iddia edib.

AZXEBER.COM CNN-ə istinadən xəbər verir ki, Ukraynada ağır itkilər verən Rusiyanın ölkədə gizli səfərbərlik elan etdiyi və pul müqabilində 60 min təcrübəli əsgəri orduya cəlb etməyə hazırlaşdığı bildirilib. 

Ukrayna Baş Qərargahından verilən açıqlamada, Donetsk və Luqansk bölgələrində düşmənin 7 hücumun dəf edildiyi deyilib. 

Bundan əlavə, 2 zirehli texnika və 43 avtomobil, 3 döyüş təyyarəsi, 1 helikopter və 2 qanadlı raket məhv edilib. 

Qeyd edək ki, adı çəkilən hərbçilər Krasnador, Perm , Dağıstan Muxtar Respublikası, İnquşetiya və Kalmıkiyadan seçiləcək.
OXŞAR XƏBƏRLƏR