Ukrayna Baş Qərargahı: "Rusiya ordusunun Belarusdan hücum təhlükəsi artır"

Ukrayna Baş Qərargahı: "Rusiya ordusunun Belarusdan hücum təhlükəsi artır"
DÜNYA
19:23 20.10.2022
221
"Rusiya Silahlı Qüvvələrinin şimal istiqamətində hücum təhlükəsi artır".

Bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Oleksiy Qromov deyib.

Onun sözlərinə görə, Belarusdan Rusiya ordusunun hücumu istisna deyil: "Amma bu dəfə məqsəd Kiyev olmayacaq. Bu dəfə tədarük üçün əsas maddi-texniki arteriyaları kəsmək məqsədilə hücumun istiqaməti Belarus-Ukrayna sərhədinin qərbinə doğru dəyişdirilə bilər”.

Rəsi müavini tərəfdaş ölkələrdən silah və hərbi texnika tələb edib.
OXŞAR XƏBƏRLƏR