Ukrayna beynəlxalq uçuşları bu tarixdə açır

DÜNYA
15:41 03.06.2020
570

Ukraynada daxili uçuşlar iyunun 5-dən, beynəlxalq uçuşlar isə iyunun 15-dən açılacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baş Nazir Denis Şmıqal Nazirlər Kabinetinin bu gün keçirilən iclasında məlumat verib.

Baş Nazirin sözlərinə görə, iyunun 5-dən kafe və restoranların qapalı sahələrində də fəaliyyətinə icazə veriləcək. Ancaq müştərilər sosial məsafəyə diqqət yetirməli və obyektlərdə dezinfeksiya işləri aparılmalıdır.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün martın 17-dən Ukraynaya beynəlxalq uçuşlar qadağan edilmişdi.

OXŞAR XƏBƏRLƏR