Rusiya ordusu gecə saatlarından səhərə qədər Ukrayna ərazisini İran istehsalı olan 14 ədəd "Shahed" tipli pilotsuz uçuş aparatlarından (PUA) atəşə tutub.
Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
PUA-lardan 11-i ukraynalı müdafiəçilər tərəfindən zərərsizləşdirilib.
Xmelnitski vilayət administrasiyasının rəhbəri Sergey Qamalı bildirib ki, düşmənin gecə saatlarında bölgəyə hücumları nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər yaralanıb.