Ukrayna: Bir həftə ərzində 37 kvadrat kilometrdən çox ərazi azad edilib

Ukrayna: Bir həftə ərzində 37 kvadrat kilometrdən çox ərazi azad edilib
DÜNYA
11:57 03.07.2023
158
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar ötən həftə şərqdə azad edilən ərazinin 9 kvadrat kilometr, cənubda isə 28,4 kvadrat kilometr artdığını bildirib.

AZXEBER.COM xəbər verir ki, "Son bir həftə ərzində əməliyyat şəraitinin yaxşılaşdırılması və cəbhə xəttinin hamarlanması nəticəsində azad edilmiş ərazi 9 kvadratkilometr artıb”, - deyə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Malyar sosial şəbəkə hesabında verdiyi açıqlamada, son bir həftədə şərq və cənub cəbhələrində baş verənləri dəyərləndirib. Ukrayna ordusunun şərqdə həm hücum, həm də müdafiə hərəkətlərini davam etdirdiyini bildirən Malyar "Baxmut istiqamətində irəliləyirik. Düşmən Port, Avdiyivka və Marinka istiqamətində hücumlarını davam etdirir”, - deyə bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR