Ukrayna: "Biz beynəlxalq tərəfdaşlardan hərbi yardım alacağıq"

Ukrayna: "Biz beynəlxalq tərəfdaşlardan hərbi yardım alacağıq"
DÜNYA
11:25 14.07.2023
196
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəsinin beynəlxalq tərəfdaşlarından 1 milyard 500 milyon avrodan çox hərbi yardım alacağını açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın müdafiə naziri Reznikov sosial media hesabından verdiyi açıqlamada NATO-nun Vilnüs Sammiti çərçivəsində Ukraynaya açıqlanan yardım paketlərini dəyərləndirib.

Sammitin çox məhsuldar keçdiyini bildirən Reznikov deyib:

"Ukrayna beynəlxalq tərəfdaşlarından 1 milyard 500 milyon avrodan çox hərbi yardım alacaq. Almaniyanın 700 milyon avroluq yeni yardım paketinə 25 Leopard 1A5 tankı, 40 Marder 1A3 IFV, 2 Patriot hava hücumundan müdafiə sistemi, 5 Bergepanzer 2 SAM, 20 min 155 mm-lik artiller daxildir”.

Avstraliyanın yeni müdafiə paketinə 30 ədəd Bushmaster zirehli maşının daxil olduğunu bildirən Reznikov Norveçin 1000 Black Hornet mikro pilotsuz təyyarəsi, NASAMS dəstək paketi (2 əlavə atəşə nəzarət mərkəzi, iki buraxılış qurğusu və ehtiyat hissələri) dəstəkləyəcəyini qeyd edib.

Gülay
OXŞAR XƏBƏRLƏR