Ukrayna Britaniyadan 2,3 milyard dollar cəlb edəcək

Ukrayna Britaniyadan 2,3 milyard dollar cəlb edəcək
DÜNYA
18:06 11.06.2025
352
Ukrayna əlavə silah alışı üçün Böyük Britaniyadan 1,7 milyard funt (2,3 milyard dollar) cəlb etməyi planlaşdırır.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal sosial şəbəkələrdə bildirib.

"Ukrayna əlavə silah alışı üçün Böyük Britaniyadan təxminən 1,7 milyard funt cəlb edəcək. Müvafiq qərar hökumətin iclasında qəbul edilib. Bu vəsaitə "Rapid Ranger” zenit raket kompleksləri, həmçinin "Marlet” yüngül çoxməqsədli raketlər almağı planlaşdırırıq. Bu, bizim hava hücumundan müdafiəmizi əhəmiyyətli dərəcədə gücləndirəcək", - o qeyd edib.

İyun ayının əvvəlində Böyük Britaniya dronların tədarükündə rekord yardım göstərəcəyini elan edib. Söhbət 350 milyon funtdan (472,5 milyon dollar) gedir ki, bu da bu il Ukraynaya 100 min pilotsuz uçuş aparatının verilməsinə imkan yaradacaq.

Böyük Britaniya yeni müdafiə strategiyası çərçivəsində Kiyevə hərbi yardım üçün hər il 3 milyard funt sterlinq (4 milyard dollar) ayırmağa davam edəcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR