Ukrayna bu il 2 milyondan çox dron istehsal etməyi planlaşdırır.
AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın strateji sənayelər nazirinin müavini Anna Qvozdyar Yaponiya telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, söhbət müxtəlif tipli dronlardan gedir: "Xüsusilə, süni intellektin köməyi ilə yeni nəsil dronlar hazırlanır. Süni intellekt dronlara marşrutları müstəqil şəkildə müəyyənləşdirməyə və zərbələr endirməyə kömək edir”.