"Ukrayna bu istiqamətlər üzrə əks-hücuma keçdi" - Silahlı Qüvvələrin açıqlaması

"Ukrayna bu istiqamətlər üzrə əks-hücuma keçdi" - Silahlı Qüvvələrin açıqlaması
DÜNYA
16:26 02.03.2022
513
UKkrayna Silahlı Qüvvələrinin Baş Qərərgahı açıqlama yayıb.
 
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, açıqlamada Ukrayna bütün istiqamətlər üzrə əks-hücuma keçdiyi bildirilir. 
 
Həmin açıqlamanı təqdim edirik: 

- Ukrayna Silahlı Qüvvələri Xarlovka və Xarkovda əks hücum əməliyyatı aparır. 

- Volın istiqamətində düşmən hərəkətini və aktiv hücuma keçə bilmir. 

- Malin və İrpin istiqamətlərində də düşmən, hücum tempini itirib, əhəmiyyətli itkilərə məruz qalaraq əlverişsiz sərhədlərə doğru geri çəkildilər.

- Çernobıl istiqamətində düşmən Demidova hücum etmək istədi, hücumun qarşısı alındı. 

- Jitomir vilayətində işğalçılar Gorenci, Spitok, Petruşkiv yaxınlığında qabaqcıl bölmələr yerləşdirirlər. Ruslar Borodyanka, Katyujanka və Qavronşina yaxınlığında tarla və logistika düşərgələri qurur. Hərəkətləri nəzarətimizdədir.

- Severski istiqaməti üzrə düşmən Krasnoqrad və İzyuma hücum etdi, itki verərək Bohodukiv, Çuguyiv və Şevçenkov sərhədlərinə geri çəkildi.

- Çerniqov istiqamətində də düşmənin qarşısı alınıb. İndi onlar Nizhinski, Nova, Basan və Kozelets istiqamətində hərəkət edirlər.

- Donbassda düşmən Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmağa çalışsa da məqsədləri baş tutmadı Mariupola olan hücumlarının qarşısı alındı.

- Qara dənizdə düşmən körfəzə doğru eniş etməyə hazırlaşır. Dəniz donanması qruplarını açıq körfəz boyu yerləşdirməyə cəhd edir.
OXŞAR XƏBƏRLƏR