Ukrayna bu ölkə ilə PUA komponentlərini birgə istehsal edəcək

Ukrayna bu ölkə ilə PUA komponentlərini birgə istehsal edəcək
DÜNYA
01:13 16.10.2026
119
Litvanın müdafiə-texnologiya şirkəti "Pekkla" və Ukraynanın "December One RND" şirkəti radioelektron mübarizə vasitələrinin və pilotsuz uçuş aparatları (PUA) üçün komponentlərin istehsalı, tədarükü sahəsində əməkdaşlıq memorandumu imzalayıb.

Bu barədə Litvanın "15min" nəşri ölkənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, sənəd oktyabrın 14-də Litvanın milli müdafiə naziri Robertas Kaunasın Kiyevə səfəri zamanı imzalanıb.

Əməkdaşlıq Ukrayna tərəfinin ehtiyacları nəzərə alınmaqla texnoloji həllərin birgə işlənib hazırlanmasını, avadanlıqların təkmilləşdirilməsini və istehsal güclərinin genişləndirilməsini nəzərdə tutur.

Qeyd olunub ki, layihənin icrası ölkələr arasında 2026-cı ilin may ayında bağlanmış "Drone Deal" sazişi çərçivəsində həyata keçirilir.

PUA-lar üçün komponentlərin istehsalının 2027-ci ildə başlanacağı gözlənilir.
 
///report///
OXŞAR XƏBƏRLƏR