"Ukrayna yeni layihə mətnini təqdim etdi, İstanbuldakı mətndən kənara çıxmalar var”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın Rusiyaya yeni saziş layihəsi təqdim etdiyini bildirib.
AZXEBER.COM-un Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Lavrov Ukraynanın təqdim etdiyi maddələrdə İstanbul razılaşmasından kənara çıxmaların olduğunu bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna danışıqlara dair yeni mətn layihəsi təqdim edib:
"Ukrayna Rusiyaya yeni saziş layihəsi təqdim edib, maddələrdə İstanbulda təqdim olunan mətndən kənara çıxmalar var. Rusiya Ukrayna ilə danışıqları davam etdirəcək və təxribatlara baxmayaraq, öz müqavilə layihəsi üzərində işi irəli aparacaq. Ümumilikdə Ukrayna danışıqları uzatmağa və pozmağa çalışır".
Ayşən Mirzəyeva