Ukrayna DİN: "Rusiya Qərb və öz elitası üçün bütün mümkün yolları bağlayır"

Ukrayna DİN: "Rusiya Qərb və öz elitası üçün bütün mümkün yolları bağlayır"
DÜNYA
19:44 28.06.2022
297
"Rusiya həm Qərb, həm də öz elitası üçün bütün mümkün yolları bağlayır".
 
Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Kremençuqdakı ticarət mərkəzini hədəf almaları təkcə NATO sammitinin başlanması ilə bağlı deyil: "Bu həm də dünən baş tutan G7 görüşü ilə əlaqəli ola bilər. Eyni zamanda Rusiya elitasına xəbərdarlıqdır. Son bir ayda ölkəmiz daha intensiv atəşə tutulur. Əgər əvvəllər bir dəfəyə 5-6 raket atırdılarsa, yalnız iyunun 25-də qarşı tərəf 50-dən çox raket atıb. Onlar müxtəlif nöqtələrdən atılır. Bu, bizim hava hücumundan müdafiə qüvvələrimizin işini xeyli çətinləşdirir. Əgər mülki obyektlərdən danışırıqsa, onda son günlər Rusiya Kiyevdə uşaq bağçasını və Kremençuqda ticarət mərkəzini atəşə tutub".

V.Denisenko bildirib ki, Putin bu yolla dayanmaq fikrində olmadığını nümayiş etdirir və danışıqlar prosesi üçün həm Qərb, həm də öz elitasına bütün mümkün yolları bağlayır: "Putin başa düşür ki, həm daxildəki hərbçilər, həm də Rusiya elitası Ukraynakı müharibənin qumar oyunu olduğunu düşünür. Lakin o, geri çəkilmək üçün bütün yolları bağlayır. Putin hamıya göstərir ki, hələ ki danışıqlar prosesindən danışmaq mümkün deyil. Qarşımızda çox çətin bir reallıq var. Amma bu mərhələ uzun çəkə bilməz. Rusiyanın Belarusdan 20 vaqon dolusu sursat istəməyə başlaması, həqiqətən də, çox şeydən xəbər verir”.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi
23:37 14.08.2025
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi