Ukrayna diversiya-kəşfiyyat qrupu Belqorod ərazisinə daxil oldu

Ukrayna diversiya-kəşfiyyat qrupu Belqorod ərazisinə daxil oldu
DÜNYA
20:26 22.05.2023
525
Ukraynanın diversiya-kəşfiyyat qrupu Rusiyanın Belqorod vilayətinin Qrayvoronski rayonu ərazisinə daxil olub.

Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

"Ukrayna Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu Qrayvoronski rayonu ərazisinə daxil olub. Rusiya Silahlı Qüvvələri sərhəd xidməti, Milli Qvardiya və Federal Təhlükəsizlik Xidməti ilə birlikdə bununla bağlı tədbirlər görür. Təfərrüat barədə məlumat veriləcək”, - deyə o, "Telegram” kanalında qeyd edib.
OXŞAR XƏBƏRLƏR