Ukrayna Donetsk vilayətinin Urojayne kəndini azad edib

Ukrayna Donetsk vilayətinin Urojayne kəndini azad edib
DÜNYA
11:36 16.08.2023
163
"Ukrayna ordusu Donetsk vilayətinin Urojayne kəndini azad edib".
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bəyanatında deyib.

Malyar sosial media hesabından verdiyi açıqlamada Ukrayna əsgərlərinin şərqdə uğur qazandığını bildirib.

Bəyanatda vurğulanıb ki, Rusiya qoşunları son 24 saat ərzində Ukrayna ərazisinə 42 raket və 56 hava zərbəsi endirib, Ukrayna qoşunlarının mövqeləri və yaşayış məntəqələrinə çoxlüləli raket sistemlərindən 36 atəş açıb. Cəbhə xəttində 30-a yaxın toqquşma baş verib.
 
Açıqlamada rus əsgərlərinin Donetsk vilayətinin Avdiyivka şəhərinin cənubunda Avdiyivka istiqamətində uğursuz hücumlar təşkil etdiyi, Ukrayna ordusunun isə Marinka istiqamətində rusların hücumlarını dəf etdiyi bildirilib. 

Açıqlamada Ukrayna Hərbi Hava Qüvvələrinin rus əsgərlərinin silah və texnikasının yerləşdiyi ərazilərə 7 hücum təşkil etdiyi, Ukraynanın raket və artilleriya bölmələrinin isə 4 artilleriya maşını və bir zenit-raket kompleksini məhv etdiyi bildirilib. 

Qeyd edək ki, iyulun 27-də Ukrayna Donetsk vilayətinin Staromayorske kəndinin azad edildiyini bəyan edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR