Ukrayna DSX: “Düşmən Belarus ərazisindən hücum edir”

Ukrayna DSX: “Düşmən Belarus ərazisindən hücum edir”
DÜNYA
12:54 24.02.2022
603
"Təcavüzkar aviasiya və tanınma nişanı olmayan hərbi texnika ilə Belarus ərazisindən hücuma cəhd edir”.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 09:40-da Belarus ərazisindən tanınma nişanı olmayan hərbi helikopter yüksələrək atəş açmağa başlayıb.

"Sərhədçilərimiz müdafiəni saxlamağa davam edir”, - məlumatda vurğulanıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR