Ukrayna dünən axşamdan Moskvaya 493 dron hücumu həyata keçirib

Ukrayna dünən axşamdan Moskvaya 493 dron hücumu həyata keçirib
DÜNYA
09:46 14.10.2026
138
Oktyabrın 13-ü axşam saatlarından etibarən Ukrayna Moskvaya 493 dron hücumu həyata keçirib.

Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə sistemləri dronların əksəriyyətini uzaq məsafədə zərərsizləşdirib, lakin 180 PUA Moskvaya yaxınlaşarkən vurulub.

Xəsarət və dağıntılar barədə məlumat verilməyib.

Ukraynanın kütləvi dron hücumu səbəbindən Moskvanın bütün hava limanlarında uçuşlar dayandırılıb. Vnukovo hava limanının səkkiz saatdan çox bağlı qaldığı və sərnişinlərin bütün reyslərdən çıxarıldığı bildirilib.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR