Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb
İDMAN
20:27 29.11.2022
326
Kiyevin Peçersk məhkəməsi Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko barəsində həbs-qətimkan tədbiri seçib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə jurnalist Konstantin Andriyuk bildirib.

Onun sözlərinə görə, UAF rəhbəri yanvarın 22-dək həbsdə qalacaq. Pavelko 9 milyon 880 min qrivna (təxminən, 270 min ABŞ dolları) məbləğində girov müqabilində azad oluna bilər.

Pavelko vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.
OXŞAR XƏBƏRLƏR