Ukrayna hərbçiləri Donetsk vilayətinin 3 kəndini azad etdi

Ukrayna hərbçiləri Donetsk vilayətinin 3 kəndini azad etdi
DÜNYA
18:10 13.06.2022
343
"Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin 3 kəndini Rusiya qoşunlarından azad edərək cəbhə xəttində 15 km irəliləyiblər”.

Bu barədə Ukrayna Birləşmiş Qüvvələrinin Qruplaşması bildirib.

"Düşmən artilleriyası bir dəqiqədə susmur. Onların üstünlüyü cəzasız qalmır. Bizim hər cavabımız işğalçıya itki bahasına başa gəlir”, -məlumatda qeyd olunub.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri təkcə müdafiə olunmur, həm də tədricən irəliləyirlər: "Donetsk vilayətində 3 kənd azad edilib, cəbhə bölgəsində 15 km irıliləmişik”.

Məlumata əsasən, Ukrayna müdafiəçiləri Rusiya qoşunlarının hərbi texnikasını da məhv edib.
OXŞAR XƏBƏRLƏR