Ukrayna hərbçiləri Luqansknın daha bir yaşayış məntəqəsini azad edib

Ukrayna hərbçiləri Luqansknın daha bir yaşayış məntəqəsini azad edib
DÜNYA
18:12 19.09.2022
289
Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Beloqorovka şəhər tipli qəsəbəsini Rusiya hərbçilərindən azad edib.

Bu barədə Luqansk vilayəti hərbi administrasiyasının başçısı Sergey Qayday məlumat verib.

Onun sözlərinə görə, Beloqorovka sentyabrın 19-da tamamilə təmizlənərək Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə verilib.

Qeyd edək ki, bu yaşayış məntəqəsi Luqansk vilayətinin Severodonetsk şəhərinə aid şəhər tipli qəsəbədir. Bu ilin iyulunda Rusiya hərbçiləri tərəfindən tutulmuşdu.
OXŞAR XƏBƏRLƏR