Ukrayna hərbçiləri Xerson vilayətində dəmiryol körpüsünə zərbə endirib

Ukrayna hərbçiləri Xerson vilayətində dəmiryol körpüsünə zərbə endirib
DÜNYA
20:39 30.07.2022
387
Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Rusiyanın işğalı altında olan ərazisindəki daha bir körpüyə zərbə endiriblər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Cənub Operativ Komandanlığı bildirib.

Məlumata görə, Ukrayna hərbçiləri Antonov körpüsünün yaxınlığındakı dəmiryol körpüsünə də zərbə endiriblər:

"İşğal olunan ərazilərdə əsas nəqliyyat marşrutlarına atəş nəzarətinin nəticələri göstərir ki, artıq Dnepr çayı üzərindən dəmiryol körpüsü ilə hərəkət etmək mümkün deyil”.

Qeyd edək ki, iyulun 27-də Ukrayna hərbi qüvvələri Xersonda Antonov körpüsünə növbəti zərbədən endirdikdən sonra bu yol bağlanıb.
OXŞAR XƏBƏRLƏR