Ukrayna hərbi dəniz qüvvələrinin rəhbəri Rusiya tərəfə keçdi - VİDEO

DÜNYA
13:41 03.03.2014
1631
Denis Berezovskinin bu hərəkətini Ukrayna hökuməti vətənə xəyanət kimi qiymətləndirib
Rusiya Federasiyası şurasının Ukraynaya qoşun yeridilməsinə dair qəbul etdiyi qərarından sonra qərb dövlətləri ilə Rusiya arasında münasibətlər yenidən gərginləşib. Bu qərardan təşvişə düşən Ukrayna ABŞ-dan kömək istəyib. Ukraynanın sabiq baş naziri Yuliya T
Timoşenko Amerika Birləşmiş Ştatlarının vəziyyətlə əlaqədar tədbir görməsi üçün müraciət edib.
Rusiyanın beynəlxalq öhdəlikləri kobud şəkildə pozduğunu deyən Timoşenko Ukraynaya müharibə etməyin elə Amerika Birləşmiş Ştatları və Böyük Britaniyaya qarşı müharibə elan etmək olduğunu bildirib.
Ukrayna hərbi dəniz qüvvələrinin rəhbəri admiral Denis Berezovski Rusiya tərəfə keçib. Bir müddət əvvəl vəzifəyə təyin olunan Berezovski məsələ ilə bağlı bəyanatında Rusiya rejiminə sadiq qaldığını qeyd edib. Ukrayna hökuməti isə, Berezovski bu hərəkətini vətənə xəyanət kimi qiymətləndirib və onun həbs olunması üçün qərar çıxarıb.
Ukraynanın Krım muxtar respublikasında Ukrayna və rus orduları arasında gərgin vəziyyət davam edir. Məlumatlara görə, privalniy hərbi bazası hazırda rus ordusunun əlindədir. Bazanın önündə isə Ukrayna əsgərləri müharibəyə hazır vəziyyətdə dayanıblar. Orduya məxsus ağır hərbi texnika da, həmçinin, bazanın yanında döyüşə hazır vəziyyətdə saxlanılıb. Ukraynanın 36-cı sahil mühafizə dəstələrinin polkovniki Valeri Boyko bazanın fəaliyyətinə əngəl olmağa çalışdıqlarını bildirib.
Sevastopolda isə vəziyyət fərqlidir. Burada, yerli mediyanın məlumatına görə, silahlı dəstələr hərbi dəniz qüvvələrinin baş qərargahını ələ keçirərək bazanın işıqlarını kəsiblər.
Gərgin vəziyyət ölkənin müxtəlif yerlərində etirazlarla qarşılanmaqdadır. Xarkovda və Odessada yüzlərlə insan Rusiyanın ölkəyə müdaxilsinə qarşı nümayiş keçiriblər. Kiyevdə keçirilən anti-rusiya aksiyalarına Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili də qatilib. O, Putini ukraynalıların evinə soxulmaqda, onların həyatını təhlükə altında qoymaqda ittiham edib.
Ölkənin sabiq baş naziri Yuliya Timoşenko Amerika Birləşmiş Ştatlarının vəziyyətlə əlaqədar tədbir görməsi üçün müraciət edib.
Qərb diplomatiyası isə Rusiyaya qarşı sərt mövqeyini qorumaqdadır. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Keri Rusiyanı ağır iqtisadi sanskiyalarla hədələyib. Onun sabah Ukranaya səfər edəcəyi və rəhbərlklə görüşəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR