Rusiya Silahlı Qüvvələrinin raket ehtiyatları ötənilki kimi deyil, buna görə də bu qış Ukraynaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum edəcək.
Bunu Ukrayna Silahlı Qüvvələrinin (SQ) Hərbi Hava Qüvvələri (HHQ) komandanlığının nümayəndəsi Yuri İqnat milli telemarafonun efirində deyib.
"Rusiya Ukraynanı soyuq havada enerjisiz qoymaq üçün yanacaq-energetika sektorunu sıradan çıxarmaq niyyətindən əl çəkməyəcək, lakin rus ordusunun ötən qış olduğu kimi strateji raket ehtiyatı yoxdur. Bu səbəbdən çox güman ki, dron-kamikadzelərlə hücum edəcəklər. Bu kifayət qədər təhlükəlidir”, - İqnat bildirib.
Onun sözlərinə görə, ötən qış Ukraynanın hava hücumundan müdafiə (HHM) qüvvələri Rusiya tərəfindən atılan 750 ədəd raketi vurub, ümumilikdə isə mindən çox raketdən istifadə edilib.
Xatırladaq ki, ekspertlər və bir sıra Ukrayna dövlət rəsmiləri qarşıdan gələn qışın əvvəlkindən daha çətin keçəcəyini bildiriblər.
///Apa