Ukrayna baş naziri Nikolay Azarov avropalı siyasətçiləri Kiyevdə müxalifətə təsir göstərməyə çağırıb.
ANS PRESS Ukrayna hökumətinin saytına istinadən bildirir ki, Azarov Davos iqtisadi forumunda deyib ki, Ketrin Eşton, Ştefan Füle və Joze Manuel Barrozu kimi önəmli Avropa siyasətçiləri etirazların dayandırılması ilə bağlı çağırışlar etsəydilər, bu, real yardım olardı.
"Avropa siyasətçiləri vəziyyətin normallaşdırılması məsələsində Ukraynaya real yardım edə bilərlər. Kifayət edər ki, Barrozu, Eşton, Füle və başqa Avropa siyasətçiləri Ukrayna müxalifətinə müraciət edib desin ki, dövlət idarələrinin, inzibati binaların tutulması qanunsuzluqdur və demokratiya normalarına uyğun gəlmir. Əgər siz bu cür əməlləri davam etdirsəniz, biz sizinlə əməkdaşlıq etməyəcəyik", - deyə Azarov vurğulayıb.