“Ukrayna ilə Azərbaycan arasında yerlə-göy qədər fərq var”

“Ukrayna ilə Azərbaycan arasında yerlə-göy qədər fərq var”
SİYASƏT
17:50 03.03.2014
1618

“Hesab edirəm ki, Ukraynada cərəyan edən proseslərin geniş təhlilə ehtiyacı var. Əgər biz təhlil aparsaq görərik ki, orada baş verən situasiya xarici yəni, üçüncü qüvvələrin təsiri və iştirakı ilə reallaşdırılıb. Bununla belə burada iqtisadi və siyasi böhranın da xüsusi rolu var. Təbii ki, bunun ilkin mərhələsi Ukraynada keçirilən parlament seçkilərindən sonra başladı”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Ukraynada baş verən hadisələr və həmin hadisələrin ölkəmizə təsir imkanları barədə danışarkən deyib.

Millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, son 10 il ərzində Ukraynada stabil hakimiyyət olmayıb: “Bununla belə mütəmadi olaraq istər parlament, istərsə də prezident seçkiləri zamanı hakimiyyətdə müxtəlif partiyaların yerlərinin dəyişməsi, ölkə iqtisadiyyatın geriləməsi və əhalinin həyat şəraitinin aşağı olması məlum hadisələrin baş verməsinə əsaslı zəmin yaradıb. Hətta bu yaxınlarda statistika ilə də göstərildi ki, təbii sərvətlərinə görə Ukraynanın öndə gedən ölkə olmasına baxmayaraq, burada əhalinin yaşayış səviyyəsi Rusiyadan 4, Belarusiyadan isə 3 dəfə aşağıdır. Yəni bu onu göstərir ki, orada tək siyasi proseslər deyil, eləcə də iqtisadiyyat və əhalinin yaşayış səviyyəsinin aşağı olması da xüsusi rola malikdir. Digər bir tərəfdən əsrin əvvəllərindən bu günə kimi Şərqi və Qərbi Ukrayna arasında müxtəlif fikir ayrılıqları olub. Yəni onların ayrı-ayrı dövlətlərə yanaşma tərzləri müxtəlifdir. Məsələn, qərblilər daha çox Avropaya inteqrasiya etməyə meyllidirlərsə, şərqlilər isə Rusiya və post-Sovet məkanına inteqrasiya etməyə üstünlük veriblər. Təbii ki, bu da psixoloji cəhətdən müəyyən təsir imkanlarına malikdir. Hesab edirəm ki, bunların hamısını kompleks şəkildə müzakirə etdiyimiz zaman ilkin nəticə çıxara bilərik”.

“Hətta vaxtilə Ukraynada “narıncı inqilab” baş verən zaman bunun Azərbaycanda da bunun təkrarlanacağı ilə bağlı fikirlər səsləndirilirdi. Bunların hər biri müxalifətin uydurmaları və onların özlərinə təskinlik vermələrindən başqa bir şey deyil. 2013-cu ilin 9 oktyabrında Azərbaycanda prezident seçkiləri keçirildi və xalqın böyük əksəriyyətinin etimadı nəticəsində cənab İlham Əliyev növbəti 5 il müddətinə ölkəyə rəhbər seçildi. Bu aspektdən yanaşsaq görərik ki, Ukrayna ilə Azərbaycan arasında yerlə-göy qədər fərq var. Bu gün ölkəmizə səfər edən hər bir şəxs Azərbaycanda görülən işləri yüksək qiymətləndirir. Məhz bunun nəticəsidir ki, bütün beynəlxalq tədbirlər, idman yarışları, simpoziumlar və s. Azərbaycanda keçirilir. Hətta bir çoxları bir ildən sonra paytaxt Bakıya gələndə, ölkəmizdəki inkişafı görüb şəhərimizi tanımırlar. Azərbaycan azad, demokratik dövlətdir. Ölkəmiz həm Qərb, həm Avropa İttifaqı, həm də ətrafımızda olan iri dövlətlər, beynəlxalq təşkilatlarla bərabərhüquqlu əməkdaşlıq həyata keçirir. Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan balanslaşdırılmış siyasət bu gün özünün uğurlu nəticələrini göstərir” – deyə, millət vəkili sözlərinə əlavə edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək