BBC-nin müxbiri Stiv Rozenberqin Ukraynanın işğalı ilə bağlı sualları Putini qəzəbləndirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 36 ölkənin qatıldığı sammitdə BMT-nin baş katibi Quterreş sülh çağırışı edərkən, Rusiya-Şimali Koreya hərbi əməkdaşlığı və BRİCS-in genişləndirilməsi müzakirə edilib.
Putin suala qəzəblə cavab verərək NATO-nun şərqə doğru genişlənməsini tənqid edib və Qərbi "üzümüzə yalan danışmaqda” ittiham edib.
O, həmçinin ABŞ-ni 2014-cü ildə Ukraynada çevriliş etməkdə ittiham edib.
Sammitdə diqqətçəkən digər məsələlər arasında BMT-nin baş katibi Antonio Quterreşin Ukraynada "ədalətli sülh” çağırışı və Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlıq olub.
Putin ABŞ-nin keçmiş prezidenti Trampın Ukraynadakı münaqişəyə son qoymaq vədini alqışladığını bildirib.
Gülay