"Ukrayna ilə danışıqlar hər gün video formatda davam edir"

"Ukrayna ilə danışıqlar hər gün video formatda davam edir"
DÜNYA
16:11 21.04.2022
362
Video formatda Rusiya-Ukrayna danışıqları demək olar ki, hər gün aparılır.

AZXEBER.COM Milli.az-a istinadən bildirir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB-nin ikinci departamentinin direktoru Aleksey Polişuk deyib.

"Hazırda birbaşa Rusiya-Ukrayna danışıqları davam edir, bu danışıqlarda tərəflərin idarələrarası nümayəndə heyətləri Ukraynadakı vəziyyətin həlli, onun gələcək neytral, blokdan kənar statusu və digər məsələlərlə bağlı mümkün razılaşmaları müzakirə edirlər", - o deyib.

Polişukun sözlərinə görə, üç üz-üzə raund əsas məkan olan Belarusda, biri isə Türkiyədə baş tutub. "İndi demək olar ki, hər gün video formatda danışıqlar aparılır", - o qeyd edib.
OXŞAR XƏBƏRLƏR