Ukrayna ilə Rusiya gizli danışıqlar aparır? - Peskovdan cavab

Ukrayna ilə Rusiya gizli danışıqlar aparır? - Peskovdan cavab
SİYASƏT
16:32 06.12.2023
163
"Bizim üçün əsas olan hədəflərimizə çatmaqdır"

AZXEBER.COM xariici mətbuata istinadən xəbər verir ki, ABŞ administrasiyası Konqresdən Ukraynaya yardım üçün əlavə büdcə istəyib.
 
Yardım təsdiq edilməsə də, bu yardıma etirazlar isə gecikməyib. Bununla yanaşı ABŞ mətbuatında Ukrayna və Rusiyanın gizli danışıqlar apardığı iddiaları da gündəmə gəlib. 

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin Kiyevin Qərbin Ukraynaya yardımını azaltmasını şərh edərkən, Moskvaya danışıqlar təklif edib-etməməsi ilə bağlı sualını cavablandırıb.

Yardım və danışıqların bir-biri ilə əlaqəli olmadığına işarə edən Peskov əsas işlərinin hədəflərinə çatmaq olduğunu deyib: "Bir daha təkrar edirəm, bizim üçün əsas olan hədəflərimizə çatmaqdır. Təbii ki, bu məqsədlərə siyasi və diplomatik yollarla nail olmaq daha məqsədəuyğundur”. 

Günel
OXŞAR XƏBƏRLƏR