Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi - Tramp
DÜNYA
21:30 20.03.2026
248
ABŞ prezidenti Donald Tramp Ukraynanın İranla bağlı vəziyyətdə ABŞ-a heç bir kömək göstərmədiyini və Kiyevin sadəcə bu sahədə siyasi xal qazanmağa çalışdığını bildirib.
AZXEBER.COM xəbər verir ki, ABŞ prezidenti bu barədə "MS Now” telekanalına müsahibəsi zamanı danışıb.
"Ukrayna ABŞ-ın İrana qarşı əməliyyatında ona heç bir kömək etmədi və Zelenskinin dron yardımı ilə bağlı sözləri siyasi piar idi", - Tramp deyib.