Ukrayna İrlandiya ilə təhlükəsizliklə bağlı sazişə imza atıb

DÜNYA
18:56 04.09.2024
159
Ukrayna Prezidenti Volodimir Zelenski və İrlandiyanın Baş naziri Saymon Harris ölkələr arasında ikitərəfli saziş imzalayıblar.

Bu barədə "RBC-Ukraina" Ukrayna Prezidentinin ofisinə istinadən məlumat yayıb.

Ümumilikdə, Kiyev artıq müxtəlif ölkələrlə 26 müvafiq müqavilə bağlayıb.

Bu il ərzində İrlandiya Ukraynaya hərbi dəstək üçün əlavə 128 milyon avro (140 milyon dollar), həmçinin 40 milyon avro (43,75 milyon dollar) humanitar yardım ayıracaq.
 
///report
OXŞAR XƏBƏRLƏR