Ukrayna Baş Kəşfiyyat İdarəsi "Magura V5” dronları vasitəsi ilə ilhaq edilmiş Krım adasında Rusiyanın "Serna” tipli desant katerini vurub.
Bu barədə Ukraynanın xüsusi xidmətindən bildirilib.
Məlumata görə, hadisə Qara dənizdə Uzkaya buxtasında mayın 6-da gecə saatlarında baş verib.
Vurğulanıb ki, Rusiya İlan adasına hərbi texnika və desant daşımaq üçün bu katerdən istifadə edib.