Ukrayna ordusu Krımda Rusiya qüvvələrinin hərbi infrastrukturuna zərbələr endirib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilib ki, əməliyyatlar çərçivəsində Şimali Krım kanalından keçən dəmir yolu körpüsü, L-39 "Albatros” təlim-döyüş təyyarəsi, BK-10, BK-16 və "Manqust” katerləri məhv edilib.
Məlumata görə, həmçinin "Nebo-U”, "Kasta-2E” radiolokasiya stansiyaları və P-18 "Terek” radiolokasiya sisteminin komanda məntəqəsi, eləcə də rabitə, radioelektron mübarizə (REM), radioelektron kəşfiyyat (REK) sistemləri və MESH-retranslyatorlarının yerləşdiyi 9 qüllə vurulub.









































