Ukrayna kəşfiyyatı: “Putin bizim hədəfimizdədir”

Ukrayna kəşfiyyatı: “Putin bizim hədəfimizdədir”
DÜNYA
13:51 25.05.2023
206
"Hədəflərimiz siyahısında Rusiya prezidenti Vladimir Putin birinci yerdə gəlir”

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş Administrasiyası rəhbərinin müavini Vadim Skibitskiy bildirib. 
.
Almaniyanın "Welt” qəzetinə danışan Skibitski baş verənlərin Putinin  koordinasiya etdiyini deyib.

Ukrayna kəşfiyatının məqsədlərində hücum əmri verən bölmə komandirlərini məhv etmək olduğunu da söyləyib.

Ukrayna ordusunun Krım körpüsünü partlatmağı planlaşdırdığı  ilə bağlı sualı cavablandıran Skibitski, rus ordusunun geri çəkilməsi üçün körpünü tərk edəcəklərini, lakin əsas logistik mərkəzlərdən biri olan Mariupol limanını sökəcəklərini bildirib.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR