Ukrayna kəşfiyyatı: "Rusiya müvəqqəti işğal olunmuş əraziləri Krıma birləşdirmək barədə düşünür"

Ukrayna kəşfiyyatı: "Rusiya müvəqqəti işğal olunmuş əraziləri Krıma birləşdirmək barədə düşünür"
DÜNYA
13:53 03.05.2022
1870
"Rusiya Ukraynanın cənubundakı müvəqqəti işğal olunmuş əraziləri Krıma birləşdirmək barədə düşünür”.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilir ki, həmin ərazilərin ilhaqı və sonradan iqtisadi inteqrasiya planının hazırlanması planlaşdırılır.

"Bunun üçün 2030-cu ilə qədər müddət ayırılıb. Üzərlərində "Rusiya”, "Donbas Respublikası”, "Mariupol”, "hərbi-mülki administrasiya” sözləri yazılmış möhürlər hazırlanır”, - məlumatda bildirilib.
OXŞAR XƏBƏRLƏR