Ukrayna KİV-lərində “Publik diplomatiya” liderlərinin reytinqi dərc edilib

Ukrayna KİV-lərində “Publik diplomatiya” liderlərinin reytinqi dərc edilib
SİYASƏT
19:45 01.05.2021
573
Dünya siyasəti institutu Ukraynanın xaricdəki səfirliklərinin və Ukraynada akkreditə edilmiş xarici diplomatik nümayəndəliklərin internet səhifələrində dərc edilən informasiyanın təhlili əsasında publik diplomatiya reytinqini tərtib edib.

AZXEBER.COM xəbər verir ki, keçən il əcnəbi diplomatlar pandemiya şəraitində işlədiklərinə baxmayaraq, onların çoxu yeni şəraitə uyğunlaşa bildiklərini nümayiş etdirib.

İnstitut bu reytinqi tərtib edərkən keçən ildə olduğu kimi bu dəfə də diplomatik nümayəndəliklərin fəaliyyətini qiymətləndirərkən onların öz rəsmi saytlarındakı informasiyanı əsas götürüb. İnstitutun tərtib etdiyi xüsusi qiymətləndirmə şkalasında dövlət rəhbərlərinin, parlament və hökumət rəhbərlərinin səfərləri, iqtisadi və siyasi əlaqələr, diaspor ilə dialoq nəzərə alınıb.

Ukraynada 100-dən çox xarici ölkənin diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Ukraynada "Publik diplomatiya” reytinqinin liderlərinin ilk beşliyinə daxildir.

İnstitutun hesabatında deyilir: "Azərbaycanın səlahiyyətli nümayəndəsi Ukraynaya 2020-ci ilin baharında gəlməsinə və etimadnamələrini Prezident Vladimir Zelenskiyə təqdim etməsinə baxmayaraq, bu müddətdə Ukrayna KİV-lərinin diqqətini cəlb edə bilib. Xanım səfir ötən ilin payızında Dağlıq Qarabağda ölkənin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüşlər zamanı həm rəsmi informasiyadan istifadə etməklə, həm də özünün yazıçı istedadını səfərbər etməklə Azərbaycanın mövqeyini fəal müdafiə edib”.

Qeyd edək ki, reytinqin ən yaxşı liderlərinin ilk beşliyinə Albaniya Respublikasının Ukraynadakı fəxri konsulu, etnik azərbaycanlı Şahin Ömərov da daxildir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
18:14 10.10.2026
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
18:09 10.10.2026
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək
18:03 10.10.2026
Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək
Fatimə: “İlk sevgim, duam odur”
17:54 10.10.2026
Fatimə: “İlk sevgim, duam odur”
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
17:45 10.10.2026
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
17:28 10.10.2026
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
17:12 10.10.2026
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
16:59 10.10.2026
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
16:48 10.10.2026
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
16:36 10.10.2026
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
16:26 10.10.2026
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
16:08 10.10.2026
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
15:58 10.10.2026
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
15:51 10.10.2026
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
15:48 10.10.2026
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
15:43 10.10.2026
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi