"Rusiyanın işğalı zamanı Ukraynaya dəyən itkiləri kompensasiya etmək üçün beynəlxalq tribunal yaradılacaq”.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, bildirib ki, biz dövlətimizə dəyən zərərin ödənilməsi üçün beynəlxalq mexanizm hazırlayırıq:
"Biz onların ədalət qarşısında cavab verməsi üçün beynəlxalq tribunalın yaradılması üzərində işləyirik. Biz dövlətimizə dəyən zərərin ödənilməsi üçün beynəlxalq mexanizm hazırlayırıq. Biz dağıdılan hər şeyi bərpa edəcəyik. Hər bir günahkarı cəzalandıracağıq”.