Ukrayna lideri Rusiya televiziyasında çıxış etdi - Hər kəs şoka düşdü

Ukrayna lideri Rusiya televiziyasında çıxış etdi - Hər kəs şoka düşdü
DÜNYA
15:33 26.01.2023
389

Rusiya televiziyasına baxanlar qəfildən ekranda Ukrayna lideri Zelenskini görərkən şoka düşüblər.

AZXEBER.COM xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin dünən xalqa müraciətinin bir hissəsinin Rusiya televiziyasında yayımlanması hər kəsi şoka salıb.

Məlumata görə, hakerlərin təşkil etdiyi hücumlar nəticəsində Zelenskinin çıxışının bir hissəsi ekranda əks olunub.

Zelenski çıxışında ABŞ və Almaniyanın Ukraynaya tank vermə qərarını "çox yaxşı xəbər” kimi qiymətləndirərək, "İndi ən önəmlisi sürət və tankların sayıdır”, - deyə bildirib.

Zelenskinin çıxışını yayımlayan Rusiya kanalı bir neçə dəqiqədən sonra normal yayımına qayıdıb.

Ayşən

OXŞAR XƏBƏRLƏR