Ukrayna ordusunun Berdyansk limanındakı Rusiya gəmi qruplaşmasına zərbə endirməsi nəticəsində 4 böyük desant gəmisi zərər görüb.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, əsas zərbə "Orsk" gəmisinə dəyib.
Daha sonra "Orsk"da başlayan güclü yanğın "Saratov"a da keçib. Həmçinin, "Sezar Kunikov" və "Novoçerkassk" gəmiləri də zədələnib.
Bundan başqa, sursat anbarı və 3 min ton yanacaq saxlanılan rezervuar partlayıb.