Ukrayna Lisiçansk şəhərinin ələ keçirildiyini TƏSDİQLƏDİ

Ukrayna Lisiçansk şəhərinin ələ keçirildiyini TƏSDİQLƏDİ
DÜNYA
21:54 03.07.2022
449
Ukrayna ordusu gərgin döyüşlərdən sonra Lisiçansk şəhərindəki mövqelərini tərk etmək məcburiyyətində qalıb.

AZXEBER.COM modern.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiya qüvvələri artilleriya, aviasiya, yaylım atəşli reaktiv sistemləri ilə Ukrayna ordusunun mövqelərinə atəş açıblar və hərbçilərin həyatını xilas etmək məqsədilə geri çəkilmək qərarı verilib.

Xatırladaq ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Lisiçansk şəhərinin ələ keçirildiyini və Luqansk vilayətində nəzarətin tam ələ alındığını elan edib.
OXŞAR XƏBƏRLƏR