Ukrayna Macarıstanın atəşkəslə bağlı bəyanatına münasibət bildirib

Ukrayna Macarıstanın atəşkəslə bağlı bəyanatına münasibət bildirib
DÜNYA
19:09 06.03.2023
215
Ukrayna Macarıstanın atəşkəs elan olunması barədə verdiyi bəyanatı Rusiyaya təslim olmağa çağırış kimi qəbul edir.

Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak "Twitter"də yazıb.
 
Podolyak Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyartonun Ukraynada münaqişəyə son qoymaq və atəşkəslə bağlı bəyanatının məqsədi insanların öldürülməsini dayandırmaq olduğunu deyib, lakin Kiyevin bunu təslim olmaq kimi qəbul etdiyini vurğulayıb.

Xatırladaq ki, Peter Siyarto "SVT” kanalına müsahibəsində Ukrayna münaqişəsini həll etmək üçün Avropanın təklif etdiyi həll yollarının işə yaramadığını və yalnız atəşkəsin müharibəyə son qoya biləcəyini demişdi.
OXŞAR XƏBƏRLƏR