Ukrayna MN: "İndiyədək Rusiyanın 14 minə yaxın hərbçisi zərərsizləşdirilib"

Ukrayna MN: "İndiyədək Rusiyanın 14 minə yaxın hərbçisi zərərsizləşdirilib"
DÜNYA
13:59 17.03.2022
273
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 14 000-ə yaxın hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 444 ədəd tankı, 1435 ədəd zirehli döyüş maşını, 201 ədəd artilleriya sistemi, 43 ədəd havadan müdafiə sistemi, 86 ədəd hərbi təyyarəsi, 108 ədəd helikopteri, 864 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 11 ədəd dronu, 10 xüsusi avadanlığı məhv edilib.

"Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - məlumatda vurğulanıb.
OXŞAR XƏBƏRLƏR