Ukrayna MN: Rusiyanın hərbi itkiləri 31 minə yaxınlaşır

Ukrayna MN: Rusiyanın hərbi itkiləri 31 minə yaxınlaşır
DÜNYA
19:17 03.06.2022
368
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlandı.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 30 950 hərbçisi zərərsizləşdirilib.

Həmçinin, Rusiya tərəfinin 1 367 ədəd tankı, 3 366 ədəd zirehli döyüş maşını, 675 ədəd artilleriya sistemi, 210 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 95 hava hücumundan müdafiə sistemi, 210 ədəd hərbi təyyarəsi, 175 ədəd helikopteri, 2 329 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 535 ədəd dronu, 121 qanadlı raket və 51 ədəd xüsusi texnikası məhv edilib.
OXŞAR XƏBƏRLƏR