"Rusiya hərbçiləri mayın 9-na qədər Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq, həmçinin işğal olunmuş Krıma gedən "quru dəhlizi"ni saxlamaq istəyirlər".
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bunu "RBC-Ukrayna"ya müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin spikeri, polkovnik Oleksandr Motuzyanik deyib.
"İndi onların məqsədi tam aydındır - Ukrayna qüvvələrini Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərindən kənara çıxarmaq", - deyə o bildirib.
Polkovnikin sözlərinə görə, gələcəkdə ruslar mümkün qədər çox ərazini ələ keçirmək məqsədilə digər bölgələrdə, xüsusilə Xerson ərazisində hücuma hazırlaşacaqlar. Motuzyanik onu da qeyd edib ki, indi Rusiya hərbçiləri qüvvələr toplayır.