Ukrayna müdafiə nazirinin müavini Anna Malyar son 24 saat ərzində Ukrayna ordusunun bəzi yerlərdə 200-1100 metr arasında Baxmut istiqamətində irəlilədiyini bildirib.
AZXEBER.COM müavin sosial media hesabından verdiyi açıqlamada ölkənin şərq cəbhəsindəki vəziyyəti dəyərləndirib.
Şərqin qarşıdurmaların episentri olmağa davam etdiyini bildirən Malyar "Əsgərlərimiz Baxmut bölgəsində müdafiədən hücuma keçdi. Son gündə Bəhmut istiqamətində bəzi yerlərdə 200 ilə 1100 metr arasında irəlilədik", - deyib.
Rusların sözügedən istiqamətdə müdafiəyə keçərək mövqelərini qorumağa çalışdıqlarını qeyd edən Malyar "Düşmən hazırda özünü müdafiə etmək üçün ehtiyatlarını dərinliklərdən bu bölgəyə çəkir", - deyib.
Mikayıl